вторник, 15 февраля 2011 г.

Cinlerin Yaradılışı

Həmd olsun aləmlərin rəbbi olan Allaha! Rəbbimiz biz adəm övladıyla yanaşı bitki və heyvanları, mələk və cinləridə xəlq etmişdir. Bəli, bəli mələk və cinləri,siz heçdə səhv oxumadınız! Bu varlıqları Allah-təala insanlardan öncə yaradıb və indidə yaradanın izni ilə mövcud olmaqda davam edirlər. Bir çoxları bunu inkar etməyə çalışacaq, biriləri onları öz gözləri ilə görüb inanmaq istəyəcək,lakin qəlblərində Allaha və onun yaratdıqlarına imanı olanlar heç bir şüphəyə qapılmadan onların mövcudluğuna inanacaqlar! Baxmayaraq ki, mələk və cinləri insanların gözləri
görmək qabiliyyətində deyil, ancaq Allahın müqəddəs kitabı Quranda bu barədə açıq və aşkar dəlillər göstərilmişdir. Quranda cinlərə dair bir çox ayələr və ayrıca nazil olmuş bir surədə vardır...
Al-Cinn (cinlər, Allahın müqəddəs kitabından ixtisarla)

Bismillahirrəhmanirrəhim!

(Ya peyğəmbər !) De: "Mənə vəyh olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına ayıtdıqları zaman) dedilər:"Biz çox qəribə, təssəvür edilməz dərəcədə gözəl olan bir Quran eşitdik............... Həqiqətən (Cahiliyyət dövründə) bir para insanlar bir para cinlərə pənah aparır , bununlada onların təkəbbürünü , azğınlığını artırırdılar (Cinlər özləri haqda çox böyük fikirlərə düşürdülər). O insanlar da siz cinlər ( yaxud o cinlər də siz insanlar) kimi elə güman edirdilər ki, Allah (öləndən sonra) heç kəsi diriltməyəcəkdir.
Biz cinlər (yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) ğöyə qalxmaq istədik(səmanı yoxladıq), amma onu mələklrdən ibarət güclü gözətçilər və yandırıb yaxan ulduzlarla dolu olduğunu gördük....
.................... Allahın bəndəsi( Muhamməd əleyhissəlam) qalxıb Ona ibadət edəndə (cinlər Quranı dinləmək üçün toplaşmış izdihamın çoxluğundan )az qala bir-birinin üstünə minələr.

Qeyri-insanlardan olan məxluqlar barədə bütün xalqların yaddaşında, kitabə və yazılarında (istər xristian,yəhudi,büdpərəst və.s yerli kultlarda) nişanələr vardır. Əgər bunlarda kifayət etmirsə çox uzağa getməyərək müasir əmanəmizdə yadplanetlilər haqqında gəzən məlumatlarıda buna əlavə edə bilərik.Yüzlərlə və hətta minlərlə insanların naməlumlar tərəfindən oğurlanıb aparılması barədə məlumatlar dəfələrlə dünya mətbuatında və teleməkanında insanların nəzərinə çatdırılmışdır. Qədim İngilis, latın, yunan və.s avropa xalqlarının yaxşı tanıdığımız əfsanə və nağıllarında qulaqları uzun, boyları qısa, ayaqları heyvan dırnaqlı və quruluşlu,qanadlı,qeyri-adi xüsusiyyətlərə malik onlarla obrazları tanıyırsınız. Hətda bunlara aid bir çox bədii filmlərdə çəkilmişdir. Bu filmlərdə vəhşi və eybəcər trollar, qanadlı elflər,cırtdanlar (qnomlar),qoblinlər və.s-in necə insanlarla birgə həyat sürməsi, ünsiyyət
saxlaması və hətda döyüşlərdə iştirak etməsinin şahidi olmusunuz. Bunları deməklə heçdə sizləri fantas tik kino aləmi ilə tanış etmək deyildir, sadəcə məqsəd qabaqda deyəcəyim bəzi məlumatlarla paralellər aparmaqdır. " Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö’cüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər.Qafil olanlar da məhz onlardır! " {Əl-Ə’raf (179)}
 Əvvəlcə cin məxluqatının yaradılışı və quruluşu haqda bir az informasiya vermək istərdim. Allah-təalə cinləri biz adəm övladından əvvəl yaratmış və bizdən fərqli xüsusiyyətlər vermişdir. Beləki onlar tüstüsüz oddan yaradılmışdır ( Elmi dildə təzahürünü enerji kütləsi ilə başa düşmək lazımdır). Cinlərin içindən vaxtı ilə Allah yanında mələklər ( cinlərdən fərqli olaraq nurdan yaradılmışlar) səviyyəsində məqamı olan İblisi hamınız yaxşı tanıyırsınız. Beləliklə öz yaradılış forması ilə öyünən İblis Allah-təalənın atomar qurluşlu yaratdığı Adəmə ( cinlərdən fərqli olaraq torpaq ünsürlü yardılmışdır) yuxarıdan aşağı baxaraq, Yaradanın hamının insan övladına baş əyməsi (allahın hər şeyə qadir olmasına görə) ilə bağlı əmrinə müxalif çıxmışdır. Bunun nəticəsidir ki, elə indiyənə qədər bu sözəbaxmazlıq onu Adəmlə bir yerdə cənnətdən çıxartmış və axirətə qədər dünyada bir-birimizlə mübarizəyə qalxmağımıza səbəb olmuşdur. (Bu mübarizə bir çox hallarda nəfsi-müstəvidə baş verir.) Dediyim kimi İblis cinlərdən biridir,yəni başqalarıda mövcuddur. Hətda onların sayı insanların 5 qatıdır. Təqribən 40 milyarda yaxın. Cinlər enerji ünsürlü olduqlarından insanla müqayisədə dəfələrlə sürətli,
çevik və gözəgörünməzdirlər. Bu isə onlara əlavə imkanlar verir ki, hansıki insan bunlara qadir deyildir. Məsələn nəzərə alsaq ki, cinlərin öz aləmi var onlar oradan dünyaya və geriyə rahat hərəkət edə bilərlər. Lakin bu heç də o demək deyil ki, onlar hər cəhətdən insanlardan üstündür. Cinlərin əksəriyyətinin məntiqi düşüncə tərzi insanlarla müqayisədə çox aşağıdır. Beləki danışıqlarında bir bütovlük yoxdur və çox vaxt yalan danışırlar. Biz insanların ilk forması Adəm peyğəmbər (ə.s) olduğu kimi,cinlərin də ilk nümayəndəsi vardır. Biz buna Quranda "Cann" adı ilə rast gəlirik. Cin sözü ərəb dilində "can" sözündən bir kökdəndir və mənası gizlilik, gözəgörünməyən anlamına gəlir. Konkret olaraq isə Quranda söhbətimizin mövzusu olan məxluqlara bu da verilmişdir

(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi. . { Ər-Rəhman (15) }

воскресенье, 13 февраля 2011 г.

Allah (c.c)-nin 99 adı və mənaları (dəlillərə əsasən)

1.Allah (Əl-Bəqərə, 255)
2.Əl-Əhəd (bir,tək) (əl-ixlas 1)
3.Əl- Əla (ən uca) (Əl-Əla 1)
4.Əl-Əkram (ən Kərəmətli) (Əl-Ələq 3)
5.Əl-İləh (ilahi,tanrı,məbud) (Əl-Bəqərə 163)
6.Əl-Əvvəl (birinci) (Əl-Hədid 3)
7.Əl-Axir (sonuncu) (Əl-Hədid 3)
8.Əz-Zahir (aşkarda olan) (ƏL-Hədid 3)
9.Əl-Batin (gizlində olan) (ƏL-Hədid 3)
10.Əl-Bəri (yoxdan var edən) (Əl-Həşr 24)
11.Əl-Bərr (yaxşılıq edən) (Ət-Tur 28)
12.Əl-Bəsir (hər şeyi görən) (Əş-Şura 11)
13.Ət-Təvvab (tövbələri qəbul edən) (Əl-Bəqərə 163)
14.Əl-Cəbbar (aman verməyən) (Əl-Həşr 24)
15.Əl-Hafiz (yadda saxlayan) (Yusif 64)
16.Əl-Həviz (qoruyan) (Hud 57)
17.Əl-Həsib (heç nəyi nəzərdən qaçırmayan, Haqq hesab tələb edən) (Ən-Nisa 6)
18.Əl-Həfi (xoşsifət, üzügülər) (Məryəm 47)
19.Əl-Həqq (həqiqət) (Ən-Nur 25)
20.Əl-Mubin (açıq, aydın) (Ən- Nur 25)
21.Əl-Həkim (müdrik) (Əl Bəqərə 163)
22.Əl-Həlim (xoşrəftar) (Əl-Maidə 101)
23.Əl-Həmid (tərifə laiq) (Əl-Bəqər 267)
24.Əl-Heyy (canlı, diri) (Əl-Bəqərə 163)
25.Əl-Qəyyum (əbədi möcud olan) (Əl-Bəqərə 255)
26.Əl-Xabir (hər şeydən xəbərdar olan) (Ət-Təhrim 3)
27.Əl-Xaliq (yaradan, xəlq edən) (Əl-Həşr 24)
28.Əl-Xalləq (yaradıcı, qurucu) (Əl-Hicr 86)
29.Ər-Rauf (yazığı gələn) (Ət-Tövbə 117)
30.Ər-Rəhman (rəhmli) (Əl-Bəqərə 163)
31.Ər-Rahim (mərhəmətli) (Əl-Bəqərə 163)
32.Ər-Razzəq (ruzi verən) (Əz-Zariyat 58)
33.Ər-Rəqib (nəzarət edən) (Ən Nisa 1)
34.Əs-Səlam (bütün bəlalardan salamat olub başqalarını da ondan salamat edən) (Əl-Həşr 23)
35.Əs-Səmi (Hər şeyi eşidən) (Əş-Şura 23)
36.Əş-Şakir (təşəkkür edən) (Əl-Bəqərə 158)
37.Əş-Şəkur (Hər şeyi eşidən) (Əş-Şura 23)
38.Əş-Şəhid (hər şeyə şahid olan) (Al-İmran 98)
39.Əs-Saməd (heç nəyə möhtac olmayan) (Əl-İxlas 2)
40.Əl-Alim (bilən) (Əl-Bəqərə 32)
41.Əl-Aziz (güclü izzətli) (Əl Həşr 23)
42.Əl-Azim (əzəmətli) (Əl-Bəqərə 255)
43.Əl Əfuvv (bağışlayan, əfv edən) (Əl-Həcc 60)
44.Əl-Ali (uca, ülvi) (Əl-Bəqərə 255)
45.Əl-Ğaffar (günahları qoruyan) (Ta ha 82)
46.Əl-Ğafur (günahları bağışlayan) (Əl Maidə101)
47.Əl-Ğani (ən varlı, heç nəyə ehtiyacı olmayan) (Əl-Bəqərə 267)
48.Əl-Fəttah (fəth edən, rifah verən, öz bəndələri üçün xeyrverən) (Səba 26)
49.Əl-Qadir (qadir, bacarıqlı) (Əl-Ənam 65)
50.Əl-Qarib (yaxın) (Əl-Bəqərə 186)
51.Əl-Qahir (qalib gələn, məğlub edən) (Əl-Ənam 18)
52.Əl-Quddus (ən müqqədəs) (Əl-Həşr 23)
53.Əl-Qadir (hamın qüdrətli) (Əl-Bəqərə 20)
54.Əl-Qarib (yaxın) (Əl-Bəqərə 186)
55.Əl-Qavi (qüvvətli) (Əl-Ənfal 52)
56.Əl-Qahhar (hər şeyi məğlub edən, hər şeydən qüdrətli) (Yusif 39)
57.Əl-Kəbir (böyük) (Əl-Həcc 60)
58.Əl-Kərim (səxavətli, kəramətli) (Əl-İnfitar)
59.Əl-Lətif (lütüfkar, incə qəlbli) (Əl-Ənam 103)
60.Əl-Mumin (Öz bəndələrini şərdən qoruyan, əmin edən) (Əl-Həşr 23)
61.Əl-Mütəali (hərşeydən yüksəyə ucadılmış) (Əz-Zariyat 58)
62.Əl-Mütəkəbbir (məğrur) (Əl-Həşr 24)
63.Əl-Mətin (möhkəm, dözümlü) (Əz Zəriyat 58)
64.Əl-Mucib (dualara cavab verən) (Hud 61)
65.Əl-Məcid (şanlı) (Hud 73)
66.Əl-Muhit (hər şeyi əhatə edən) (Fussilət 54)
67.Əl-Musavvir (surət yaradan) (Əl-Həşr 24)
68.Əl-Müqtədir (imkanlı, bacarıqlı) (Əl-Qəmər 55)
69.Əl-Muqit (ruziləndirən) (Ən-Nisa 85)
70.Əl-Məlik (hökmdar, mütləq hakim) (Əl-Fatihə 4)
71.Əl-Məliik (hökmdar, sahibkar) (Əl-Qəmər 55)
72.Əl-Mövla (bəndələrin işin yola qoyan, yaxın köməkçi) (Əl-Ənfal 40)
73.Əl-Muheymin (hamilik edən) (Əl-Bəqərə 163)
74.Ən-Nasir (kömək edən, tərəf saxlayan) (Əl-Hicr 23)
75.Əl-Vahid (vahid, tək, bir) (Əl-Bəqərə 163)
76.Əl-Varis (varis) (Əl-Hicr 23)
77.Əl-Vasi (hər şeyi özündə yerləşdirən, əhatə edən) (Əl-Bəqərə 115)
78.Əl-Vədud (sevən) (Əl-Bürünc 14)
79.Əl-Vəkil (etibar edilən, vəkil) (Al-İmran 8)
80.Əl-Vəli (yaxın, dost, köməkçi) (Əl-Bəqərə 257)
81.Əl-Vəhhab (hədiyyələr edən) (Ali-İmran 8)
82.Əl-Cəmil (gözəl) (Muslim 147-ci hədis)
83.Əl-Cəvvad (səxavətli, açıq qəlbli) (Sahihul-cami 1796-cı hədis)
84.Əl-Həkəm (ədalətlə hökm verən) (Əbu Davud 4955-ci hədis)
85.Əl-Həyiy (hamıdan həyalı) (Əbu Davud 1488-ci hədis)
86.Ər-Rəbb (tanrı, ağa, sahib) (Ət-Tirmizi 3579-cu hədis)
87.Ər-Rəfiq (xeyirhaq) (Muslim 2593-cü hədis)
88.Əs-Subbuh (bütün noqsanlardan uzaq) (Muslim 487-ci hədis)
89.Əs-Seyyid (ağa, hökmdar) (Əbu Davud 3451-ci hədis)
90.Əş-Şafi (şəfa verən, sağaldan) (Muslim 2191-ci hədis)
91.Ət-Tayyib (yaxşı, xoşa gələn) (Muslim 1015-ci hədis)
92.Əl-Qabid (əldə saxlayan) (Əbu Davud 3451-ci Hədis)
93.Əl-Basit (sevindirən) (Əbu Davud 3451-ci hədis)
94.Əl-Müqəddiim (əvvələ keçirən) (Muslim 771-ci hədis)
95.Əl-Muəxxir (təxirə salan) (Muslim 771-ci hədis)
96.Əl-Muhsin (yaxşılıq edən, xeyirhaq işlər görən) (Səhih hədislər 469-cu hədis)
97.Əl-Muti (verən) (Əl-Buxari 3116-cı hədis)
98.Əl-Mənnan (hamıya qarşı mərhəmətli, lütfkar) (Əbu-Davud 1495-ci hədis)
99.Əl-Vitr (tək) (Əl-Buxari 6410-cu hədis)

суббота, 5 февраля 2011 г.

Dini qısa lüğət

Adət (ərəb-adət)-islama etiqad edən bir sıra xalqlarda (şəriətdən fərqli olaraq) adi, yazılmış hüquqdur. Adətin bir çox qaydaları (qan intiqamı, siğə qardaşlığı, qızların qaçırılması və’s) qəbilə tayfa munasibətlərinin hökm sürdüyü şəraitdə təşəkkül tapmışdır. Adətin böyüklərə hörmət, zəiflərə acizlərə himayədarlıq, yardım və bu kimi sadə əxlaq normlarına malik olmasıdır.
Ayə-Quranda ayədir. Bir neçə ayə müsəlmanların “müqqədəs” kitabında sürəni (fəsli) təşkil edir.
Ayyətulla (ərəb. ayət-möcüzə, rəmz və Allah-allah möcüzəsi, ilahi rəmz)-istər özünün davamçıları və istərsədə müəyyən ərazidə yaşayan tanınmış din xadimləri arasında əsasən şiələrin müsəlman xadimləridir.Şiə ehkamçılığına görə ilahiyyat, hədislər və müsəlman hüququ sahəsində kamil biliklərə malik olan “mömün” həyat tərzi keçirən, islam təlimini və şəriət normalarını müstəqil şəkildə şərh etmək hüququ olan yəni (müctəhid) olan din xadimi Ayətulla ola bilər. A.-nın dinə həsr olunmuş əsəri olur. O, bu əsərində şiəlik ənənələrinə aid özünün xüsusi izahını verir. Bəzi məlumatlara görə iranda yüzə qədər (digər məlumatlara görə mindən yuxarı) müxtəlif nüfus dərəcəsinə malik olan ayyətulla vardır.İranda daha çox nüfuza və Şiələrin başçısı şah ələyhinə olan inqılabın lideri ayətulla Ruhulla Xomeynidir.
Allah (ərəb. əl-illah)-islamda allah, bütün mövcüdatın: köyün,Yerin və insanın yaradıcısı, dünyanın idarəedicisidir. Allaha etiqad müsəlman dinin əsas ehkamıdır. İslamda her şey allaha məxsus edilir. Müsəlmanlarda allahın 99 ad içərisində ən başlıcaları bunlardır. Hər şeyə qadir, böyük aqil, müdrük, rəhimli və rəhman anlayışıdır. Bütün gözəl adlar Allaha (c.c) məxsusdur
Amin-(yəhudi.-Həqiqidir,düzdür)-müsəlmanlarda və xristiyanlarda dualarının sonunda deyilənlərin düz olması ilə tam razılığın ifadəsi kimi, allaha sədaqətin təsdiqi kimi işlədilən sözdür.
Babizm (ərəb-darvaza)-islamda 1848-1852 ci illərdə iranda fodalizimə, şah mütləqiyyətinə və xarici kapitalın təzyiqinə qarşı yönəldilmiş kütləvi demokratik hərəkatı əks etdirən təriqətçi cərəyandır. Babizmin banisi Əli Məhəmmədir.Əli Məhəmməd müsəlman xilaskarının-Mehdinin tezliklə zuhur edəcəyi haqqında təlimdən və allahın vaxtaşırı peyğəmbərlərdə təccəsüm edməsi haqqında ideyadan istifadə edərək 1884 çü ildə özünü Bab, yəni allahın təcəssümü, allah vəhinin darvazası, allahla insanlar arasındakı vasitəci élan etmişdir. Bab öz təliminin prinsiplərini “Bəyan” (“Vəhy”) şərh etmişdir. Onun təlimi islamın özünə məxsus islahatının nəticəsi, Qurana əlavədir və şiə təriqətlərinin təlimini andırır.
Quran (ərəb,-qiraət,oxuma)-müsəlmanların müqqədəs kitabıdır. Quran Allah (c.c) tərəfindən göndərilmiş yəni Cəbrail (ə.s) vasitəsilə Rəsuluna (s.a.a.s) göndərilmiş əbədi müqqədəs kitabdır.Quran ərəb dilində yazılmışdır və 114 fəsildən (sürədən) ibarətdir.
Zərduştluk-e.ə 10-7 əsrlərdə meydana gəlmişdir,Orta Asiyda və Azərbaycanda yayılmış, Qədim İran dualist dinidir. Quranda adı keçmiyən Peyğəmbər Zərduştu (Zoroastra) onun banisi onun banisi hesab edirlər. Zərduştun müqqədəs kitabı Avestanın ən müqqədəs hissəsi olan Qatların yaradılması və qədim parsların əsas dini təsəvvurlərin birləşdirilməsini Zərduştə aid edirlər. Zərduştun əsas ideyası əbədi sürətdə mövcud olan iki qüvvənin Ahura Mazdanın (buradan da Zərduştun digər adı olan məzdəgizim irəli gəlir) və Anhra-Maynuyunun (qədim yunanlarda hurmuzd və Əhrimanın) mübarizəsinin etiraf edilməsindən ibarətdir.Ahura Mazda işığı xeyirxahlığı, həqiqəti və həyatı, Anhra Maynuyu isə zülməti, şəri, yalanı, və ölümü təccəsüm etdirir. Dunya bu qüvvələrin mübarizə meydanıdır; mübarizədə seçmə azadlığına malik olan insanlar iştirak edirlər. Ahura Mazdanın tərəfdarlarının səyləri nəticəsində işığın xeyirxahlığın qələbəsi ilə nəticələnmişdir.Zərduştun dualist ideyalarında çox vaxt özləri ilə dağıntı və ölüm gətirən köçərilərin hucumlarına məruz qalmış qədim qədim İran əkinçi tayfaların içtimai həyatının xusüsiyyətləri əks olunmuşdur. Zərduştun dualizmi manixeylərin,pavlikanların katarların və i.a təlimlərinə təsir göstərmişdir. Z-də həmçinin manixeylərin məhşər ayaxı və dunyanın axırında odlu kosmik fəlakət haqqında təlimləri də özünə yer tapmışdır; bu fəlakət zamanı gunahkarlar və Anhra Maynyu məhv olacaq, Ahura Mazdanın davamçıları isə xilaskar Mitranın köməyi ilə odda təmizlənəcəklər və bu təmizlənmə ölmüşlər üçün ölmüşlər yenidən diriləcəkdir. Qədim mətnlərdə Mitra ayinin təsadüf edilməsi də bu ayin xalq içərisində geniş yayılmışdır. Mitra Ahura Mazdanın müttəfiqi və elçisi hesab olunurdu. Zərduşt göyə Ahura Mazda tərəfindən insanlaraverilmiş əkinçiliyi, suvarma işlərini köməyi iləmaddi nemətlərin artırılmasını nicata laiq mömin həyat hesab edirdi. Zərduştun muasir davamçıları parslar, sahibkarlıq fəaliyyətinin də mömün həyat hesab edirlər. Zərduşt ayini məbədlərin həsr olunduğu müqqədəs oda sitayişdən ibarətdir. Bizim zəmanəmizdə Zərduşt Bombeydə, parslarda və İranda oda sitayiş edənlər arsında qalmışdır.
İblis (yunanca. Diablos-böhtancı)-dini təsəfürlərə görə-şər qüvvələrin başçısı, Allahın əsas ələyhdarı və bəşəriyyatın nicat tapmasının düşməni, onun bütün fəlakətlərin və bədbəxliklərinin mənbəyidir.Müsəlmanlarda şeytan adlanır, dini kitablarda bildirildiyi kimi Allaha tabe olmaq istəməyən, buna görə də Allah tərəfindən cənnətdən qovulmuş mələkdir.
Yaşmaq-müsəlman qadınlarının cadra altında bağladıqları örtükdür. Yaşma uzun aşağı hissəsini, burnu, ağzı və çənəni örtür.Bəzən baş yaylığının, şalın bir ucundan yaşma kimi istifadə edirlər. Yaşmanın gəzdirilməsi ədəbli davranışın göstəricisidir. Qadın bununla Allaha öz itaətkarlığını göstərir.Başqalarının nəfəsinin natəmizliyindən qoruyur.
Kəbə (ərəb-kub) Məkkədə müsəlman məbədi, ziyarətkahdır.Dindarların ziyarət yeridir. Ziyarətə getmək İslamdinin beş əsas şərtlərindən biridir.
Məsçid (ərəb. məsçid-ibadət yeri və üzüüstə düşülənyer)-müsəlmanlarda dini ayinin icra edildiyi bina. Künbəzi və ya tağı sütunlara söykənən qübbələri olan örtülü binadır. Bayır tərəfdən onun künclərindən damının üzərində minarələr ucaldılır. Həmin minarələrdən müəzzin dindarları ibadətdə çağırır. İbadət salonunda oyuq (mehrab) vardır ki, o daMəkkəninin istiqamətini göstərir. Yəni qibləni. Məsçiddə Quran və Hədis kiyabları saxlanılır. Mehrabdan sağ tərəfdə minbər yerləşir. Həmin minbərdə moizələr oxunur. Məsçidlərdə dəstamaz almaq üçün xüsusi yerlər tikilir.
Molla (ərəbcə maula-ağa, sahibkar) islamda bu anlayiş geniş işlədilir. Çar Rusiyasında Molla dini ayinin icra edilməsi ilə yanaşı ibtidai məktəbdə dərs deyər, məhkəmə işləri aparar, notarius funksiyalarını yerinə yetirərdi. Ölkəmizdə isə yas mərasimlərinin əsas simvollarındandır. 3,7,cümə axşamlarında və 40 –da quran oxuyaraq məclisi yola verməklə məşğul olurlar. Belə insanlar Allahın nazil etdiyi kitabı oxuyaraq məvacib alırlar. Qurani Kərimdə heç bir ölü üçün Quran oxumaq haqqında dəlil yoxdur. Bu cür Mollalar Allahın ayələrini ucuz qiymətə satırlar.
Namaz (fars-dua, ibadət) Hər gün beş dəfə müəyyən olunmuş vaxtlarda Allaha təala (c.c) –nə müraciətlə icra edilən müsəlman ibadətidir.Namaza fatihə sürəsinin və Quranın Allahı, onun xeyirxahlığını və əzəmətini mədh edən digər sürələrindən parçaların oxunması daxildir. Dua ifadələrinin tələfüzü aşağı əyiləmələrlə, diz çökmələrlə və digər hərəkətlərlə müşayiət olunur. Başqa dualar kimi namazda Allahdan aslılıq hissini,insanın Hər şeyə Qadir Allah qarşısında acizliyi barədə təsəvvürünü möhkəmləndirir.
Sünnə (ərəb.-adət, əcdadlardan keçmə) –ilk qədim ərəb icmasının davranış qaydaları və adətlərini külliyatıdır. İslamın meydana gəlməsindən sonra Peyğəmbərin(s.a.a.s) əməlləri, hərəkətləri və kəlamları haqqında hekayələrin (hədislərin) məcmusunu bildirir. Bu cur rəvayətlər səhabələr vasitəsilə nəql edilir. Əvvəlcə hədislər şifahi halda nəsildən nəsilə verilirdi. Lakin müəyyən vaxt keçdikdən sonra hədislərin miqdarı çox artmış və onları yazmaq , külliyatlar tərtib etmək zərurəti meydana çıxmışdır. Həmin külliyyatlar müsəlman ilahiyyatçıları və hüquqçuları üçün tədqiqat obyektinə cevrilmişdir. Sünnənin meydana gəlməsi Quranda işıqlandırılmayan məsələləri qaydaya salmaq zərurəti Məsələn: namaz kimi oruc kimi və başqa qaranlıq məsələləri ibadətlərin nə tərzdə olduğunu aydınlaşdırmaq üçün müsəlmanlar Bu hədisləri oxumaqla o ibadətləri düzgün şəkildə yerinə yetirirlər. Hədislərin altı qanun külliyatı vardır.Bunların içərisində daha nüfüzlusu 11–ci əsrdə Orta Asiya ilahiyyatçısı Məhəmməd İbn İsmayıl Əl Buxari tərəfindən hazırlanmış Əl Çami əs-Sahih-dir. (həqiqi küliyyat) Müsəlmanlar bu külliyatı islam üçün Qurandan sonra ikinçi din təlimi qəbul edirlər.
Sünni-islamda (ardıcıl)-deməkdir.Onun ardıcılları nəinki Quranı eyni zamanda Allah təala (c.c) –in Rəsulunun Muhamməd (s.a.a.s)-in əməlləri haqqında hekayətlər (hədislərdən) və onun kəlamlarından olan müqqədəs rəvayəti (sünnələri) qəbul edirlər. Sünni ərəb xəlifətinin rəsmi dini olmuşdur.
Hicr (ərəbcə-bir yerdən başqa yerə köçmə)-622-ci ildə Allahın Rəsulu (s.a.a.s)-in Məkkədən Mədinəyə köçüb getməsidir.Bu hadisənin şərəfinə Hicr-ili müsəlman səlnaməsəsinin başlanğıcı élan edilmişdir.Bu başlanğıc həmçinin Hicri adını almışdır. 1980-ci ilin noyabırında Hicrinin 1400-cü ili başa çatır və onun XV əsri başlanır.Bu tarix müsəlman aləmində geniş qeyd olunur.
Şeyx (ərəb.-qoca, ağsaqqal) islamda dərviş ordeninin və ya digər təşkilatın rəhbəridir,müsəlman Ruhanilərinin fəxri adıdır. Nəslin və tayfanın başcısını ərəb ölkələrində knd ağsaqqalını həmçiinin Şeyx adlandırırlar.
Şəriət (ərəb. qanun) Quranın və sünnənin əsasında tərtib olunmuş qanunlar külliyatıdır. Bu külliyatda dövlət, varislik, cinayət, ailə nigah hüquqları, həcc və qəzavət duanı namazı orucu aydınlaşdıran (hədislər) şəriət adlanır.Şəriətin Allah tərəfində onun Rəsuluna (s.a.a.s)-ə vəh edildiyini sübt edən bir çox dəlillər Qurani kərimdə öz əksini tapır.
Şiəlik (ərəb, şiəyi Yəni ƏLİ-tərəfdarları) Şiəliyin əsasını Məhəmmədin (s.a.a.s) əmisi oğlu Əli (r.a)-nın tərəfdarlarından onun xəlifə secilməsinə calışanların bir qrupu qoymuşdur. Şiənin ardıcılları Əlinin, nəslindən olan 12-imamı tanıyırlar. Onların təliminə görə say etibarı ilə 12-ci qanuni imam 873-cü ildə anadan olmuşdur, lakin sonralar qeyb olmuşdur. O, xilaskar rolunda zühr edəcəkdir. Allahın iradəsi ilə onun zühr etməsi bütün dünyada şiələrin təntənəsini təmin edəcək qızıl əsr, sosial bərabərlik və ədalət əsri gəlib çatacaqdır. Qeybə çəkilmiş imam haqqında və xilaskar kimi onun gəlcəkdə zühr edəcəyi haqqında təlim dindarlarda əcri səbrlə gözləməyin həyatın məşəqətlərinə itaətkarlıqla dözməyin zəruliyini təmin edir. Sünnülər və şiələr Quranın müqqədəsliyini Muhammədin Allahın Rəsulu olduğunu qəbul edirlər. Lakin bu iki təriqət arasındakı fərq şiələr ruhların köçürülməsinə inanırlar, onlar elə hesab edirlər ki, guya Məhəmmədin Peyğəmbərlik ruhu imamların bədənlərində təccəsümləşmişdir. Bundan əlavə şiələrin öz rəvayətləri-xəbərləri və əxbarları vardır. İslamda bu iki cərəyanın olmasından milli ədavətin qızışdırılması üçün və istismarçılara qarşı mübarizədə dində xaus yaradmaq üçün çox hallarda istifadə edilmişdir.
  Əssəalamu aleykum və rəhmutullahi və bərəkətuhu  

четверг, 3 февраля 2011 г.

TÖVHİD

Həmd olsun Aləmlərin Rəbbinə, xeyir dua və salam Allahın Rəsuluna, onun əhli beytinə, səhabələrinə və onun yolunu tutanların üzərinə olsun!
Elmlərin ən xeyirli və şərəflisi tövhid elmidir.
Tövhidi, öyrənmək üçün aşağdakıları bilmək lazımdır.
1. Tövhidi nəzəri tərəfdən öyrənmək üçün, Allahın Kitabından, Peyğəmbərmizin sünnəsindən və düzgün ağıldan istifadə etmək.
Bütün öyrəndiklərimizi, yəni ibadətlərin Allah üçün yerinə yetirilməsində ən gözəl tərzdə çalışmaq.
  Tövhid nəzəri cəhətdən üç hissəyə bölünür.
1. Tövhidi Rububiyyə.
2. Tövhidi Uluhiyyə.
3. Tövhid Əsmai və sifət (ad və sifətlər
)

                                                                    Tövhidi Rububiyyə
Rububiyyət, Allahın Rəbb adından irəli gəlir. Bunun bir neçə mənası var. “Tərbiyə edən, yardım edən, malik olan, ağa, vali və’s. Şəriətdə isə Allahın insanları yaratdığına, onlara ruzi verdiyinə, onları dirildib, öldürdüyünə, Allahın qəza qədərinə və Onun təkliyinə inanmaqdır.
Tövhidi Rububiyyənin dəlilləri:
Allah, Öz Kitabında tövhidi Rububiyyəni belə zikr edib.
-Həmd aləmlərin Rəbbinədir, Yaratmaq və əmretmək, məgər Ona məxsus deyilmi?, Yer üzündə sizin üçün hər şeyi O yaratdı, Şübhəsiz ki, Allah ruzi verəndir. Güc və qüvvət sahibidir.
Rəbbini inkar edən çahillərə bəs deyirik:
Ağıl sahibi olan heç bir beyin və ya hərəkətin olmasını qəbul etməz.Deməli, yaradan olmasa, yaranmış da olmaz. Deməli, bütün bu kainat və içindəkilər varsa, demək onu Yaradan da vardır. Allah təala (c.c) belə buyurur: Yoxsa onlar heç nədən yarandılar? Yaxud onlar (öz-özlərini) yaradanlardır? (Tur, 35) 
Bu tövhidi əvvəlki müşriklər də qəbul edirdilər. Bu tövhidi keçmişdə dəhrilər, indiki zamanda isə ancaq ateistlər qəbul etmir. Allah təala (c.c) buyurur: Göyləri və yeri kim yaratdı? Soruşsan-onlar mütləq Allah deyə cavab verəcəklər. (Loğman. 25)  
Müşriklər Allahın Rəbb olduğunu qəbul edirlər. Ancaq ibadətdə, məhəbbətdə, itaətdə, namazlarında, danışıqlarında and içdiklərində hərəkətlərində Allahı sevdikləri qədər olan bəndələri və yaxud bütləri Allah təala (c.c)-nə şərik qoşurlar. Bu davranış bu tərzdə tövhid anlayışı insanı nə İslama daxil edir, nə də məsum bilib kiməsə görə onu cəhhənəm əzabından qurtarır.

                                                                 Tövhidi-Uluhiyyə
Uluhiyyə-İlah kəlməsindən əmələ gəlmişdir. Yəni ilah-Məbudun, ibadət olunanın ancaq Allah olduğunu bildirir.
Allahdan başqa Tanrı yoxdur. Əbədi və Əzəli varlıq odur. (Bəqərə, 265)
Şəriətdə Uluhiyyə: namaz, oruc, zəkat, həcc, qurban, nəzir, dua, qorxu, məhəbbət və’s. Yəni bütün ibadətləri ancaq Allah rızası üçün etmək Uluhiyyə adlanır. İki şey olmasa Tövhidi Uluhiyyə gerçəkləşməz.:
1. Bütün ibadətləri qullardan hər hansı birinə deyil, ancaq Allaha məxsus etməli, Allahın məxsus olduğu sifətləri insanlara verməməlidir. Mömün ancaq Allah üçün ibadət edər. Allahdan başqası üçün namaz qılmaz , səcdə etməz.
2. İbadətləri Allahın öyrətdiyi kimi yerinə yetirmək lazımdır. Ümumiyyətlə bütün işlərdə insan Allaha və Onun Rəsuluna tabe olmalıdır. Kəlimeyi tövhidin Lə iləhə İlləllah, Muhəmmədən Rəsulullah mənası da məhz budur.
Allaha ibadət, itaət və əmrlərinə boyun əyməklə olur: -Bu da Lə iləhə İlləllah kəlməsinin həyata kecirilməsidir. Allahın Rəsuluna tabe olmaq, yəni onun buyurduqlarına əməl edib, haram etdiklərindən uzaq olmaq isə Muhəmmədən Rəsulullah kəlməsinin həyata keçirilməsi deməkdir. Məhz bu iki əsas, Quran və Sünnə (yol, şəriət) insanı qurtuluşa aparır. Ya Məhəmməd! Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər də düz (yolda) olsunlar. (Hud, 112)
Bu ayədə Allah təala (c.c) Öz Rəsuluna və müsəlmanlara düz yolda olmaqlarını əmr edir. Bu da quran və Sünnədir. Bundan başqa yolla gedən şəxslər artıq yoldan azmış kəslərdir.Əbu Hureyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.a.a.v) belə buyurdu. Kim Quran və Sünnə elmini öyrənmək üçün bir yola girsə Allah o adama cənnətin yolunu asanlaşdırar. (Müslüm, Zikr,39) Nəbi (s.a.a.v) belə buyurmuşdur: Kim mənim sünnəmdən üz çevirərsə o kimsə məndən deyil. (Buxari, nikah 1 Müslüm, Nikah 5) bu dəlillərə əsasən Allaha və Rəsuluna itaət etməyənlər axirətdə onların yeri cəhənnəmdir.

TÖVHİDİ ULUHİYYƏNİ GERÇƏKLƏŞDİRƏN ŞƏRTLƏR

İXLAS: Qulun söz və əməllərində, daxilən və xaricən bütün niyyətlərinin ancaq Allah rızası üçün olduğunu göstərir. Yəni bu insan bütün əməlləri özünü insanlara göstərmək üçün yox, özünü kiməsə sevdirmək üçün yox, ancaq Allah rızsası üçün edir. Allaha şərik qoşmaq, ixlasın əksidir. Bu kimsənin qəlbində riyakarlıq (özünü göstərmək) varsa, artıq o şəxsdə ixlas yoxdur. Riyakarlıq, özünü Allahdan başqasına göstərmək sevdirmək üçün görülən əməldir ki, bu da şirkdir.
TƏVVƏKÜL: Təvəkkül sözünün kökü vəkalət sözündən gəlir. Yəni hər hansı bir işdə vəkil tutmaq, vəkilə arxalanmaq deməkdir. Buna görə də hər bir müsəlman ilk əvvəl Allahdan başqa bütün qüvvələri inkar edib, Allaha təvəkkül edərsə, Allah da onu Öz himayəsinə alıb, onu şər qüvvələrdən qoruyar.
MƏHƏBBƏT: Allah sevgisi tövhidi Uluhiyyənin ən uca nöqtələrindən biridir ki, buna nail olan insan ən xoşbəxt insandır.Allah təala (c.c) buyurur:
Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir (Bəqərə, 165).
XOV VƏ RƏCA: Qorxu və ümüd tövhidin ən böyük təməlidir, yəni özülüdür. Müsəlmana fərz (vacib) olan ancaq Allahdan qorxmaqdır. Allahdan başqasından qorxmamalıdır. Qorxunun yeri qəlbdir, ancaq o özünü başqa hərəkətlərdə də göstərir.
Mömün qorxu müddətində xeyir içindədir. Allahdan qorxmasa o yolunu azıb zəlalətə düşə bilər. Allahdan başqasından qorxmaq rəzilliyin ən aşağı dərəcəsidir. Bu qorxu bəzi vəziyətlərdə əmələ gəlir. Məsələn: Allah üçün olan ixlaslı başqa bir şeylə qarışdırmaqdan, dində fitnəyə düşməkdən və əməllərin qəbul olunmamasından qorxmaq, dünyada bəla və müsübətlərə düşməkdən, kasıbçılıq, xəstəlik və Allahın nemətlərinin əldən çıxmasından qorxmaq.
SƏBR: Səbr tövhidin əsaslarından biridir. Qul dinə gəldikdə Allah təala (c.c) onu imtahan edir və ona bəlalar göndərir. Ona görə də səbrin növləri var. Məsələn: İtaətdə səbr gunah və haramdan uzaq olmaq üçün səbr, Allahın qədərinə səbr, qəzab halına səbr.
Müsəlman həmişə Rəbbinə inanıb, Onun qədərinə tabe olub, bu dünyanın keçici olduğunu nəzərdə tutub axirətə hazırlaşır və bu yolda qarşıya çıxan çətinliklərə səbr edir, çünki, o bilir ki, bu səbrin mükafatı çənnətdə ona çatacaq. Allah təala (c.c) Öz Kitabında bu barədə belə buyurur: Yalnız (dunyada Allah yolunda çətinliklərə ) səbr edənlərə (axirətdə) saysız hesabsız mükafat veriləcəkdir. (Zümər, 10) 
ŞÜKR VƏ HƏMD: İman iki yerə ayrılır: şükr və səbr. Şübhəsiz ki, qul üçün ən əsas məsələ bütün işlərdə Allaha şükr edib, Ona həmd etməsidir. Allaha şükr edənin ruzisinin Allahdan tərəfindən artılacağına quranda dəlillər çoxdur: Allah təala (c.c) buyurur: Əgər siz şükr etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə lazımdır? Allah sükrə qiymət verən və hər şeyi biləndir. (Nisa, 147)
QEYRƏT VƏ ALLAH ÜÇÜN QƏZƏBLƏNMƏ: Bu qulun Allah üçün qeyrətə gəlməsidir.
Qulun qısqanclığı bütün əməllərinin Allahdan başqa heç kimə məxsus olmamasıdır. Çünki, vaxt-zaman müsəlman üçün ən dəyərli bir şeydir. Həm də müsəlman gunah və haram gördükdə buna qarşı qəzəb göstərməlidir. Bir sözlə Allahı sevəni sevib, sevməyənə qəzəb etməlidir.
DUA: Bu duaların ancaq Allah təalaya (c.c) yönəldiləmsi deməkdir. Dua qulun dunya və axirəti üçün Rəbbindən kömək istəməsidir. Yəni qul öz zəifliyini Rəbbi qarşısında danır, güc və qüvvət sahibinin ancaq Allah təalanın (c.c) olduğunu bildirir. Qul öz duası ilə Rəbbini tərif edir, bununla da öz Rəbbinə yaxınlaşmış olur. Allah təala (c.c) Qurani Kərimdə buyurur: Haq olan dua (qəbul olunan dua) yalnız Allah olan duadır. (Ər-Rəd 14)
İSTİĞASƏ: İstiğasə, yardım diləmək, bəlaların uzaqlaşdırılmasını istəmək, qurtuluş deməkdir. İstiğasə iki növdür:
1. İcazə verilən istiğasə: Bu növ istiğasə bir kəsdən gücü çatan şeyi istəməkdir. Yəni biri suda boğulursa, yanırsa, yaxud başqa bir fiziki və maddi cəhətdən köməyə ehtiyacı varsa, imkanı olan adamdan bu köməyi istəyə bilər. Bu cür istiğasəyə icazə verilir.
2. Haram olan İstiğasə: Bu Allaha aid olan bir şeyi başqasından istəməkdir. Məsələn: övlad istəmək, yağış yağdırmaq kiminsə vasitəsilə kömək diləmək, şəfa istəmək kimi şeylər. Bu növ halları gedib pirlərdən, ölülərdən, qəbirlərdən ümumiyyətlə heç kimdən istəmək olmaz. Bu növ İstiğfasəyə icazə verilmir.
ŞƏFAƏT: Bir kəsin öz işini başqasının duası ilə Allaha ərz etməsidir. Şəfaət iki qisimdir:
1. Şəriətdə səhih olan şəfaət: Bu Allah təalanın (c.c) izni ilə qəbul olunan şəfaətdir.
2. Şirk olan Şəfaət: Bu o şəfaətdir ki, olur-olsun ölülərdən şəfaət istərsə, onların gücü çatmayan bir şeyi onlardan istəməyi ilə, onların nəyə isə qadir olduğuna inanır və onlardan kömək istəyir., onlar üçün qurban kəsir. Bununla da Allaha qarşı ən böyük günah işləmiş olur. Həmin adam özü Allahın yaratdığını Allahın qulunu Allaha tay tutur halbuki, Allahdan başqa heç kim heç nəyə qadir deyil. Həmin adam Allahın qulunu Allaha tay tutan özü üçün əbədi cəhhənəm qazanmış olur.
TƏVƏSSÜL: Təvəssül Allahdan şəfaət istəməkdir. Yəni hər hansı bir şeyi Allahdan istəməkm üçün, Allaha yaxınlaşmaq. Şəriət, saleh bir insanın başqa birisi üçün, Allahdan kömək diləməsinə icazə verir. Məsələn: Bir kor kişi gəlib Peyğəmbərə (s.a.a.s) deyir: Allaha dua et mənim gözlərimi acsın. Peyğəmbər (s.a.a.s) Allaha dua edir. Allahda Rəsulunun duasını qəbul edib, o kişiyə şəfa verir. Amma şəritədə kimə isə vəzifə verilməsi üçün Təvəssül yoxdur.
AND İÇMƏK: And içmək and içdiyin şəxsi ucaltmaq deməkdir. Bu da öz növbəsində ibadətin bir növüdür. İbadət isə ancaaq Allah təalaya (c.c) məxsusdur. Allahdan başqasına and içmək, həmin adamın Allah dərəcəsinə ucaldıb, Allaha şərik qoşmaqdır. Peyğəmbər (s.a.a.s) demişdir. Kim Allahdan başqasına and içərsə, şirk etmiş olur. (Səhih, Əbu Davud)
BİSMİLLƏH: Bu hər sözə və işə Allahın adı ilə başlamaq deməkdir. Allahdan başqasının adı ilə başlamağa icazə verilmir. Hətta Allahın adı ilə yanaşı başqasının adını çəkməyə də icazə verilmir.
NƏZİR: Müsəlmanın əslində ona vacib olmayan bir işi, könül xoşluğu ilə Allah rızası üçün görməsini özünə vacib etməsinə deyilir. Nəzirin Allahdan başqasına edilməsinə icazə verilmir.Çünki, nəzir ibadətdir. İbadət isə ancaq Allah üçündür.
Əziz müsəlman qardaşım, bil ki, Tövhidi Uluhiyyə bütün Peyğəmbərlərin gətirdiyi və haqqında kitablar endirdiyi, insanlara cənnət və cəhənnəm haqqında bildirən tövhiddir. Tövhidi Uluhiyyə, tövhidin ən uca mərtəbəsidir. Bu hər peyğəmbərin öz millətini haqqa dəvət edib, müşrüklərə qarşı cihada çağırış tövhiddir. Kim bu tövhidə əməl etməzsə o müşrik sayılır. Tovhidi Uluhiyyənin məqsədi,Allaha ibadəti və sevgini başqalarına olan ibadət və sevgidən üstün tutmaqdır. Allahdan qormağı başqasına itaət etməsindən üstün tutmaqdır. Bütün ibadətlərdə, məhəbbətdə, qorxuda, ümud və and içməkdə Allaha sadiq qalıb şirk etməməkdir.

                                                           TÖVHİDİ ƏSMAİ VƏ SİFƏT
                                                         (Allahın ad və sifətlərinin tövhidi)

Tövhidin bu növü ilə əlaqədar Allahın kitabında və Rəsulullahın sünnəsində Allah ən gözəl adlarını bizə öyrədir. Səhabələr və tabiinlərdən (ardıcıllar) olan sələflərin keçmişdən indiyə qədər əqidəsi budur ki, Allah təala (c.c) öz kitablnda Özünü necə təsfir edirsə, Peyğəmbər (s.a.a..s) öz sünnətində Rəbbinin ad və sifətlərini necə öyrədirsə biz də o cur qəbul etməliyik.
Ona bənzər heç bir şey yoxdur, O hər şeyi eşidən və Görəndir.(Şura, 11)
Bu etiqdın birinci hissəsi, ona bənzər heç bir şey yoxdur. Ayəsi Allahı kiməsə, nəyə isə bənzətməyə imkan vermir.
İkinci hissə: O hər şeyi Eşidən və Görəndir. Ayəsi isə Allahın sifətlərini təhrif edənlərə bir cavabdır. Çünki, Allah təalanın (c.c) adları dərk olunmazdır, onları ağılla dərk etmək olmaz.
Tövhidi Əsmai və Sifət aşağdakılara əsaslanır:
1) Allahın isim və sifətləri Kitab və sünnədə bildirilmişdir.
2) Allahın isim və sifətlərini təşbihdən qorumalı, bu ad və sifətlərə olduğu kimi inanıb, insanlardan birini bu ad və sifətlərə bənzətməkdən uzaq olmalıyıq.
3) Allahın sifətlərini necəliyini araşdırmaqdan uzaq olmalıyıq. Allah təala (c.c) bizə isim və sifətlərini bildirmiş, lakin bunların keyfiyyətindən xəbər verməmişdir. İmam Malik (r.a) Rəhman ərşə isteva etdi (ucaldı) cümləsi haqqında; necə gözəl söyləmişdir: İsteva məlum, necə ucalmağı isə məchuldur, iman gətirmək vacibdir, bunun haqqında soruşmaq isə bidətdir. Səhabə və tabiinin yolunda olan hər bir şəxs Kitab (Quranda) sünnədə (hədislərdə) göstərilən ad və sifətləri, Cəhmiyyə və Mötəzilə əqidələrində qəbul etdiyi kimi qəbul etməməlidir. Çünki, bu məzhəblər isteva kəlməsini istila kimi təvil edirlər, yəni Allah ərşi kimdənsə zəbt edib-istila edib, bu artiq Allah təala (c.c)-ya şər atmaqdır. Bu isə Quran və Sünnədən kənar çıxmaqdır. Səhabə və tabiin hətta zəlalət əhli olan alim və filosofların fəlsəfəsindən və təbiilərinidə uzaq dururlar. Bizə də səhabə və tabiinin ardınca getmək lazımdır. Çünki, düzgün dini onlar bilirdilər, onlar peyğəmbərin (s.a.a.s) dövründə yaşayıb öyrənmiş, elimli və bilikli olmuşdur. Quran və Sünnəyə tam əməl edir, bütün bunlara qəlbləri ilə inanırdılar. Bu Allah təala (c.c) Rəsulunun (s.a.a.s),onun səhabələrinin, tabiinin və onların yolu ilə gedən və hədislərini Səhi hədisləri toplayıb yığan İmam Buxari, Müslüm, Tirmizi, Nəsai, Əbu Davud, Səbri,İbn Uyeynə və daha başqa hədis rəvayitçilərinin yoludur. Əgər Allahın izni ilə bu hədislər toplanmasaydı, dinimiz əsassız və dəlilsiz olardı və batil etiqad sahiblərinin əlində əylənçəyə cevrilərdi.
Əssəalamu aleykum və rəhmutullahi və bərəkətuhu

среда, 2 февраля 2011 г.

Allah təala (c.c) Qurani Kərimdəki "Biz" anlayışının izahı

Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Əziz müsəlman qardaşlar.Bu mətni yazmağıma səbəb Allah təala (c.c) Qurani Kərimdə öz xüsusuna “Biz”deməyini bacardıqca izah etməkdir.
Allah Qurani Kərimdə həmişə özü haqqında “biz” demir. Allah özü haqqında həm birinci şəxsin təkində yəni “mən” olaraq, həm birinci şəxsin cəmində “biz” olaraq bəhs edir.
Məsələn aşağıda mənallarını təqdim etdiyimiz ayələrdə Allah özü haqqında “mən” deyə bəhs edir”
“Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!” (Bəqərə 40)
“Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Bəqərə 186)
“Mən insanları və cinləri ancaq mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat 56)
Eyni zamanda Qurani Kərimdə bir çox ayələrdə də Allah özü haqqında “biz” deyir:
“(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.” (Bəqərə 57)
“Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr 9)
Gördüyünüz kimi bu ayələrdə də Allah “biz” deyə bəhs edir. Bunun səbəbi barədə müfəssirlər müxtəlif fikirlər irəli sürmüşlər.
Bəzi müfəssirlərə Allah təala isim və sifətlərinin çoxluğu səbəbi ilə bir çox ayələrdə özü haqqında “biz” demişdir. (İsmail Həqqi Bursəvi Ruh-ul-bəyan ) Bəzi müfəssirlərə görə isə Allah biz deyərkən onun əmri altında olan mələklərə də işarə etmişdir. Necə ki, yuxarıdakı ayələrdə Quranın nazil olması və s. kimi əməlləri Allah mələkləri vasitəsi ilə həyata keçirmişdir.
Ancaq əksər üləmaya görə bu məsələdə ən doğru görüş isə “biz” sözü ilə Allahın öz əzəmət, böyüklük və möhtərəmliyini göstərməsidir. Belə ki, Quranın nazil olduğu ərəb dilində birisinin özünün hörmət və ehtiramlı olduğunu bildirməsi üçün “biz” deməsi normaldır. (Necə ki, avropalılar və onlara qoşulan bizlər birisinə hörmət olaraq cəm halda “siz” deyirik)
Burada “biz” kəlməsini bu səbəbdən çoxluğa işarət olaraq qəbul etmək yanlışlıqdır. Allahın tək olduğunu eyni zamanda öz əməllərində heç bir qüvvəyə möhtac olmadığı Qurani Kərimdə onlarla ayə ilə sabitdir və İslam əqidəsinin əsasıdır. “Biz” kəlməsini də bu prinsipin işığında ələ almalıyıq.
“Kovsər” surəsinin “Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!” ayəsinin təfsirində “Buradakı “biz”dən məqsəd Allahın əzəmətini göstərməkdir. Çünki “Kövsəri Rəsulullaha hədiyyə olaraq verən yerin və göyün sahibi olan Allah Təaladır. Hədiyyə edilən şey də verənin böyüklüyünə görə qiymət və əzəmət qazanır”
Eyni zamanda Osmanlı dövrünün məşhur müfəssiri Əbu Süud Əfəndi də “İrşadu Əqlu-səlim” təfsirində “Şübhəsiz Quranı biz nazil etdik və biz də onu qoruyacağıq” ayəsini təfsir edərkən “Biz əzəməti-şanımızla nazil etdik” deyə təfsir edir. Yəni, Qurani Kərimdə “biz” kəlməsini Allahın böyüklük və əzəmətinin ifadəsi kimi baxmaq lazımdır.
Əssaəlamu aleykum və rəhmətullahi və bərəkətuhu!

Siqaret çəkmək dini cəhətdən necə qiymətləndirilir?

Siqaret çəkmək dini cəhətdən necə qiymətləndirilir?
İslam dinində insan orqanizminə, onun ağıl və malına, eləcə də cəmiyyət və dinə zərərli olan hər şey qadağandır. Siqaretdə bu kimi xüsusiyyətlərin hamısı olduğuna görə onu çəkmək halal deyil.
1. Siqaret çəkmək hər şeydən əvvəl bədənə zərərlidir. Bədən isə Allahın insana verdiyi bir əmanətdir. Onu yaxşıca qoruyub sahibinə istədiyi kimi qaytarmaq lazımdır. Misal üçün, bir şəxsin əlini, ayağını və sairə kimi bədən üzvlərini: “bunlar mənim özümündür, özüm bilərəm”, – deyib kəsməyi halal olmadığı kimi siqaret çəkməklə özünə zərər vurması da halal deyil. Siqaret çəkməyin orqanizmə zərərli olması tibb mütəxəssisləri tərəfindən sübuta yetirilmiş və bu, bütün bəşəriyyətə bildirilmişdir. Hətta elmi araşdırmalar vasitəsilə sübut edilmişdir ki, xərçəng xəstəliklərinin 90 faizindən çoxu siqaret çəkmək nəticəsində baş verir.
2. Siqaret çəkmək mal-dövlətə, necə deyərlər, cibə də ziyan vurur. Çünki siqaret çəkən şəxs onu müəyyən bir məbləğ müqabilində satın alır və beləliklə, siqaret almaq üçün xərclənən pul zərərli bir işə sərf edilir. Bunu hamı bilir. Üstəlik də siqaretə pul verən insan o pulu öz ailəsinin gündəlik dolanışığı üçün nəzərdə tutulmuş puldan götürüb xərcləyir. Əslində hər gün siqaretə sərf edilən pul yığılsa, gələcəkdə o pulla yaxşı işlər görmək mümkün olar. Məsələn siqaret üçün xərclənən pul yuxarıda qeyd edildiyi kimi yığılsa, yığılan məbləğlə bir neçə ildən sonra Həccə getmək də olar. Misal üçün siqaret almağa hər gün 2 manat xərcləyən bir şəxsi götürək. Bu şəxsin aylıq xərci 60 manat (30 x 2), illik xərci isə 720 manatdır (12 x 60). Belə çıxır ki, 2 ildə siqaret almağa sərf edilən pul miqdarı 1440 manat təşkil edir. Bu isə o deməkdir ki, hər hansı bir şəxs 1440 manat müqabilində böyük bir rahatlıqla Həcc ziyarətinə gedə bilər!
3. Siqaret cəmiyyətə ziyan vurur. Siqaret tüstüsü atmosferi korladığına görə siqaret çəkən şəxs başqa öz ailəsi olmaqla ətrafındakı insanlara, daxil olduğu cəmiyyətə və nəhayət, bütün dünyaya zərər verir. Bundan əlavə, həkimlər bildirirlər ki, özü siqaret çəkməyən və siqaret çəkən bir şəxslə 4 saat eyni evdə və mühitdə qalan bir insan 10 ədəd siqaret çəkibmiş kimi zəhərlənir.
Su və hava həyat üçün çox vacib amillərdir. Suyu korlamaq qadağan olduğu kimi havanı korlamaq da qadağandır. Deməli, bir hovuzun suyuna bir kürək ağzı gübrə töküb o suyu çirkli və zərərli su vəziyyətinə gətirməklə siqaret çəkib tüstüsünü havaya qarışdırmaq eyni şeydir.
Siqaret çəkməklə əlaqədar olaraq aşağıdakı ayə və hədisləri göstərmək mümkündür:
Yanlarındakı Tövrat və İncildə yazılı gördükləri ümmi peyğəmbərə tabe olanlar… O, onlara yaxşı işlər görməyi buyurub, pis işləri qadağan edər. Onlara təmiz şeyləri halal, pis şeyləri haram qılar. Onların üzərindəki ağır yükləri qaldırıb boyunlarındakı dəmir halqaları açar. Əsl nicat tapanlar (qurtuluşa qovuşanlar) o peyğəmbərə inanıb hörmət bəsləyən, ona kömək edən və onunla birlikdə göndərilən Nura (Qurana) tabe olanlardır (Əl-Əraf, 7/157).
Təmiz şeylər halal, pis şeylər haram olduğuna görə siqaret təmiz deyil və zərərlidir.
Öz yaxınlarına, miskinlərə və yol üstündə olana haqqını ver! Əlindəkiləri səpib səpələmə (mal-dövlətini hədər yerə xərcləmə)! Həqiqətən də, səpib səpələyənlər şeytanın qardaşıdırlar. Şeytan isə Rəbbinə qarşı çox nankordur (İsra, 17/26-27).
Siqaret çəkmək mal-dövləti (insanın əlində olan az, yaxud da çox pulu) səpib səpələmək və israfdan ibarətdir.
Zərər çəkmək də yoxdur (olmaz), zərər vermək də (Əhməd ibn Hənbəl, 1/313).
Yaxşı məlumdur ki, siqaret çəkənlər həm özlərinə, həm də başqalarına zərər verirlər.
Kim Allaha və axirət gününə inanırsa, öz yan-yörəsinə əziyyət çəkdirməsin (ziyan verib narahat etməsin) (Buxari, Riqaq, 23, Nikah, 80, Ədəb, 31, 85; İbn Macə, Ədəb, 4; Əhməd ibn Hənbəl, 2/267).
Hamı bilir ki, siqaret çəkənlər öz ailəsi və uşaqlarına, ətrafındakı insanlara və məsciddə namaz qılarkən yanında duranlara əziyyət verir.
Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb? (Tirmizi, Qiyamət, 1).

Dini sual-cavablar (dəlillərə əsasən)

Din haqqinda
1. Allah bizi nə üçün yaradıb?
Allah bizi yaradıb ki, yalnız Ona ibadət edək və heç bir şeyi Ona şərik qoşmayaq.
"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz-Zariyat, 56)
"Allahın bəndələri üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik qoşmamaqdır".(əl-Buxari və Muslim)

2. Allaha necə ibadət etməliyik?
Allaha ixlasla, onun və Peyğəmbərinin(s.ə.s) buyurduğu kimi ibadət etməliyik.
"Halbuki Onlara əmr edilmişdi ki, Allaha ixlasla, dini yalnız Ona aid edərək, ibadət etsinlər"(əl-Beyyinə, 5)
"Bizim işimizə (dinimizə) müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd olunur". (Muslim)

3. Məgər Allaha qorxu və istəklə ibadət etməliyik?
Bəli, biz Allaha qorxu və istəklə ibadət etməliyik.
"Allaha həm qorxu, həm də istəklə dua (ibadət) edin" (yəni, Cəhənnəm əzabından qorxaraq və Cənnət nemətlərini istəyərək) (əl-əraf, 56)
"Mən Allahdan Cənnət istəyirəm və atəşdən (Cəhənnəm əzabından) Ona pənah aparıram.(Əbu davud – "səhih"dir)

4. İbadətdə ehsan nə deməkdir?
Bu, Allahın bizi daim gördüyünü etiqad etmək deməkdir.
"Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir" (ən-Nisa, 1) "O Allah ki səni namaza duranda da görür" (əş-Suara, 218)
"Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, sən Onu görməsəndə O səni görür.(Muslim)

5. Allah nə üçün peyğəmbərlər (a.s) göndərmişdir?
Allah peyğəmbərləri (a.s) ona görə göndərib ki, insanları Ona ibdadət etməyə və heç bir şeyi Ona şərik qoşmamağa dəvət etsinlər.
"Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin!" – deyə peyğəmbər göndərmişdik. (ən-Nəhl, 36)
"Peyğəmbərlər başqa-başqa qadınlardan olan qardaşlardır! Anaları ayrı, dinləri isə vahiddir. (yəni, hər bir peyğəmbər tövhidə (Tək Allahlığa) dəvət etmişdir)".(Muslim)

6. Üluhiyyə tövhidi nədir?
Bu, dua, nəzir, qurban və s. ibadətləri yalnız Allah üçün etməkdir.
"Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur..."(Muhəmməd, 19)
"Qoy sənin onları dəvət edəcəyin ilk şey – Allahdan başqa heç bir ilahın olmamasına şəhadət gətirmək olsun!" (əl-Buxari və Muslim)

7. "Lə ilahə illəllah"ın mənası nədir?
Mənasi: "Alahdan başqa həqiqi (ibadətə layiq olan) məbud yoxdur".
"Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir..."(Loğman, 30)
"Lə ilahə illəllah deyən və Allahdan qeyri ibadət olunanları inkar edən hər kimsənin malı da, qanı da haramdır.(yəni, malını mənimsəmək və qanını axıtmaq)".(Muslim)

8. "Allahın sifətlərində tövhid" nə deməkdir?
Allahın ad və sifətlərini Quranda və Peyğəmbərin (s.ə.s) hədislərində vəsf olunduğu kimi təsdiq etməkdir.
Ona bənzər heç bir şey yoxdur. O (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir" (əş-Şura, 11)
"Sizin uca Rəbbiniz hər gecə (Özünə layiq keyfiyyətdə) dünya səmasına nazil olur". (Muslim)

9. Tövhidin müsəlmana olan səmərəsi nədir?
Hər bir müsəlman tövhidi qəbul etməklə dünyada haqq yola yönəlir, axirətdə isə əmin-amanlıqda olur.
"İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" (əl-Ənam, 82)
"Bəndələrin Allah üzərində olan haqqı Ona şərik qoşmayana əzab verməməsidir". (əl-Buxari və Muslim)

10. Allah haradadır?
Allah ərşin üzərindədir.
"Rəhman ərşin üzərinə istiva etdi! (yəni, ucaldı və yüksəldi)". (Taha, 5)
"Allah bir yazı yazdı: "Həqiqətən, Mənim rəhmətim qəzəbimi qabaqladı". Bu da Onun dərgahında, ərşin üzərində (olan lövhi-məhfuzda) yazılmışdır".(əl-Buxari)

11. Allah zatı ilə bizimlədir yoxsa elmi bizimlədir?
Şübhəsiz ki, Allahın elmi bizimlədir. O hər şeyi görür və eşidir.
"(Allah) buyurdu: "Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm! (Taha, 46)
"Doğrusu siz (hər şeyi) eşidəni, (sizə) yaxın olanı çağırırsınız! O da sizinlədir.(yəni, sizi görür və eşidir)". (əl-Buxari və Muslim)

12. Ən böyük şirkin zərəri nədir?
Ən böyük şirk əbədi Cəhənnəmdə qalmağa səbəb yaradır.
"...Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir...(əl-Maidə, 72)
"Allaha şərik qoşub ölən şəxs Cəhənnəmə daxil olar". (Muslim)

13. İnsan şirk edə-edə digər yaxşı əməlləri ona fayda verə bilərmi?
Xeyr, şirk ola-ola yaxşı əməl öz sahibinə heç cür fayda verə bilməz.
"Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı!" (əl-Ənam, 88)
"Hər kimsə etdiyi əməldə qeyrisini Mənə şərik qoşarsa, Mən onu da, şərik qoşduğunu da tərk edərəm". (Muslim)

14. Müsəlmanlar arasında şirk mövcuddurmu?
Bəli, təəssüflər olsun ki, mövcuddur, özü də çox.
"Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar" (Yusif, 106)
"Ümmətimdən olan qəbilələr müşrikləri və bütpərəstləri haxlamayınca (onların əqidəsini qəbul etməyincə) qiyamət qopmaz".(ət-Tirmizi – "səhih"dir)

15. Allahdan qeyrisinə dua etməyin hökmü nədir?
Allahdan qeyrisinə edilən dua, sahibini Cəhənnəmə varid edən şirkdir.
"Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya dua (ibadət) etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!" (əş-Suara, 213)
"Allahdan qeyrisinə dua (ibadət) edib ölən şəxs Cəhənnəmə daxil olar".(əl-Buxari)

16. Məgər dua uca Allah üçün edilən ibadətdir?
Bəli, dua uca Allah üçün edilən ibadətdir.
"Rəbbiniz buyurdu: "Mənə dua edin, mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlüklərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (Ğafir, yaxud əl-Mumin 60)
"Dua ibadətdir". (ət-Tirmizi – "səhih"dir)

17. Ölülər duanı eşidirlərmi?
Xeyr, ölülər duanı eşitmirlər!
"Şübhəsiz ki, sən nə ölülərə, nə də dönüb gedən karlara çağırışı eşitdirə bilərsən!" (ən-Nəml, 80) "Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən" (Fatir, 22)
"Həqiqətən, Allahın yer üzünü səyahət edən mələkləri vardır ki, onlar ümmətimin salamını mənə çatdırırlar". (ən-Nəsai – "səhih"dir)

18. Ölüdən və ya qeybdə olandan kömək diləyə bilərikmi?
Xeyr, nə ölüdən, nə də qeybdə olandan kömək diləmək olar! Əksinə, biz yalnız Allahdan kömək diləməliyik.
"O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da sizə cavab verdi (duanızı qəbul etdi)". (əl-ənfal, 9)
"Peyğəmbərə (s.ə.s) bir narahatlıq və ya bir müsibət üz verdikdə deyərdi: "Ey əbədi, ey əzəli (olan Allah)! Sənin rəhmətinə Səndən kömək diləyirəm". (əl-Hakim – "həsən"dir)

19. Allahdan qeyrisinə and içmək olarmı?
Xeyr, Allahdan qeyrisinə and içmək olmaz.
"De: "Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz". (ət-Təğabun, 7)
"Kim Allahdan qeyrisinə and içərsə artıq şirk etmiş olar".(Əhməd "səhih"dir)

20. Həmayil (göz muncuğu və s.) və tilsimlər asmaq olarmı?
Onları asmaq olmaz, çünki bunu etmək şirkdir.
"Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!" (əl-Ənam, 17)
"Kim (gözdəymədən və s. Qorunmaq üçün) tilsim asarsa artıq şirk etmiş olar". (Əhməd – "səhih"dir)

21. Uca Allaha nə ilə təvəssül etməliyik?
Allaha saleh əməllərlə, Onun ad və sifətləri ilə təvəssül etməliyik.
"Ən gözəl adlar Allahındır! Onu bu adlarla çağırıb dua edin" (əl-Əraf, 180)
"Sənin Özünə verdiyin, Sənə məxsus hər bir adla Səndən istəyirəm!" (Əhməd – "səhid"dir)

22. Dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olurmu?
Xeyr, dua etdikdə yaradılanların vasitəçiliyinə ehtiyac olmur.
"(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşsalar, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm". (əl-Bəqərə, 186)
"Doğrusu siz (hər şeyi) eşidəni, yaxın olanı çağırırsınız! O da sizinlədir". (yəni, sizi görür və eşidir.) (əl-Buxari və Muslim)
23. Peyğəmbərin (s.ə.s) vasitəçiliyi nədir?
Peyğəmbərin (s.ə.s) vasitəçiliyi Allahın ona nazil etdiyini təbliğ etməkdir.
"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et" (əl-Maidə, 67)
Peyğəmbərin (s.ə.s) səhabələri: "Biz şəhadət gətiririk ki, artıq sən təbliğ etdin, yerinə yetirdin və nəsihət etdin!" söylədikdə o demişdir: "Allahım şahid ol!" (Muslim)
24. Peyğəmbərin (s.ə.s) şəfaətini kimdən istəməliyik?
Biz Peyğəmbərin (s.ə.s) şəfaətini yalnız Allahdan istəməliyik.
"De ki: "Şəfaət bütünlüklə Allaha məxsusdur". (əz-Zumər, 44)
"Allahım, onu mənə şəfaətçi et!". (yəni, Peyğəmbəri (s.ə.s)) (ət-Tirmizi – "həsən"dir)
25. Alahı və onun Rəsulunu (s.ə.s) necə sevməliyik?
Məhəbbət itaət etməklə və buyuruqları yerinə yetirməklə həqiqi məhəbbət hesab olunur.
"(Ya Muhəmməd) De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın". (Ali-İmran, 31)
"Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox sevməyincə iman gətirmiş olmaz". (Muslim)
26. Peyğəmbəri (s.ə.s) mədh etdikdə mübaliğə edə (həddi keçə) bilərikmi?
Peyğəmbəri (s.e.s) mədh etdikdə mübaliğə etmək olmaz.
"De ki: "Mən də sizin kimi bir insanam.Mənə vəhy olunur ki, sizin ilahınız tək olan Allahdır". (əl-Kəhf, 110)
"Nəsranilər Məryəm oğlunu (mədh edib) mübaliğə etdiyi kimi, siz də məni (mədh edib) mübaliğə etməyin! Mən ancaq bir qulam. Odur ki, deyin: "Allahın qulu və elçisidir!" (əl-Buxari)
27. İlk yaradılan məxluq kimdir?
İnsanlardan Adəm (a.s), əşyalardan isə qələm ilk yaradılmış məxluqdur.
"O zaman sənin Rəbbin mələklərə belə demişdir: "Mən palçıqdan bir insan (Adəmi) yaradacağam!" (Sad, 71)
"Həqiqətən, Allahın yaratdığı ilk məxluq qələmdir". (Əbu Davud, ət-Tirmizi – "həsən"dir)
28. Muhəmməd (s.ə.s) nədən xəlq edilib?
Allah Muhəmmədi (s.ə.s) nütfədən xəlq etmişdir.
"Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan Odur!" (Ğafir, yaxud Mumin 67)
"Həqiqətən sizlərdən hər biri anasının bətnində xəlq olunarkən (hamiləliyin ilk) qırx günündə nütfə halında olur,...".(əl-Buxari və Muslim)
29. Möminlər üçün dostluq nə deməkdir?
Bu, tək Allaha ibadət edən möminləri sevmək, onlara köməklik göstərmək deməkdir.
"Mömin kişilər və mömin qadınlar bir-birinə dostdurlar!" (ət-Tövbə, 71)
Peyğəmbər (s.ə.s): "Həqiqətən, möminin möminə bağlılığı, daşları bir-birinə keçmiş binaya bənzəyir!" – deyib barmaqlarını çarpazlaşdırdı.(Muslim)
30. Kafirləri sevmək, onlara kömək etmək olarmı?
Xeyr! Kafirləri sevmək, onlara kömək etmək olmaz.
"Sizdən kim onlarla (kafirlərlə) dostluq edərsə, o da onlardandır". (əl-Maidə, 51)
"Sübhəsiz ki, Əbu filankəsin ailəsi (kafir olduqlarına görə) mənim dostlarım deyillər".(əl-Buxari və Muslim)
31. Kimdir həqiqi vəli (dost)?
Həqiqi vəli yalnız Allahdan qorxan möminlərdir.
"Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və Allahdan qorxmuşlar".(Yunus, 62,63)
"Mənim dostum ancaq Allah və saleh möminlərdir". (əl-Buxari və Muslim)
32. Allah Quranı nə üçün nazil edib?
Allah Quranı nazil edib ki, onu oxuyub əməl edək. (Şübhəsiz ki, onu büküb harasa qoymaq, yaxud asmaq heç bir fayda verməz.)
"Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!" (əl-Əraf, 3)
"Quran oxuyun və ona əməl edin, onu atıb getməyin və onda mübaliğə etməyin, onu qazanc mənbəyinə çevirməyin və onu mənimsəməyin!" (Əhməd – "səhih"dir)

33. Hədislərsiz, yalnız Quranla kifayətlənə bilərikmi?
Yalnız Quranla kifayətlənmək Allahın qoyduğu şəriətə, Peyğəmbərin (s.ə.s) və onun ardıcıllarının tutduğu yola ziddir.
"Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil ediləni izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!" (ən-Nəhl, 44)
"Doğrusu mənə Quranla birlikdə onun mislində olan (Sünnə) verildi!".(Əhməd – "səhih"dir)
34. Hər hansı bir sözü Allahın və Onun Rəsulunun sözündən önə keçirə bilərikmi?
Heç bir sözü onların sözündən üstün hesab etmək olmaz.
"Ey iman gətirənlər! (Sözləriniz və hərəkətlərinizlə) Allahın və Peyğəmbərinin qabağına keçməyin. Allahdan qorxun".(əl-Hucurat, 1)
"Allaha asi olaraq (kiməsə) itaət etmək olmaz! Yalnız (asilik olmayan) yaxşı işlərdə itaət etmək olar!". (Əbu Davud – "səhih"dir)
35. Aramızda mübahisə düşsə nə etməliyik?
Mübahisə düşəndə Qurani Kərimə və səhih sünnəyə dönmək vacibdir.
"Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!" (ən-Sisa, 59)
"Sizə iki şeyi tərk edirəm ki, onlardan yapışsanız heç vaxt zəlalətə düşməzsiniz! Bu, Allahın kitabı və peyğəmbərin sünnəsidir". (Malik – "səhih"dir)
36. Dində olan "bidət" nədir?
Şəriətdə (Quran və Sünnədə) dəlili olmayan hər bir şey bidətdir.
"Yoxsa müşriklərin Allahın dində izn vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır".(əş-Şura, 21)
"Bizim işimizə (dinimizə) ondan olmayan bir yenilik gətirənin gətirdiyi rədd edilir".(Qəbul olunmur) (əl-Buxari və Muslim)
37. Dində gözəl "bidət" varmı?
Xeyr! Dində gözəl "bidət" yoxdur.
"Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim".(əl-Maidə, 3)
"Sizə (dinə əlavə edilən) yeniliklərdən çəkinməyi əmr edirəm! Həqiqətən, hər bir yenilik bidətdir və hər bir bidət də zəlalətdir". (Əbu Davud – "səhih"dir)
38. İslamda gözəl "sünnə" varmı?
Bəli, islamda gözəl "sünnə" var. Xeyirxah işlərdə nümunə olmaq kimi.
"Və o kəslər ki: "Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar bəxş et və bizi müttəqilərə imam et!" (yəni, xeyirxah işlərdə nümunə et!) deyərlər". (əl-Furqan, 74)
"Kim islamda (unudulmuş) gözəl bir sünnəni bərpa edərsə, ona həm öz əməlinin, həm də ondan sonra həmin sünnəyə əməl edənin savabı qədər savab yazılar". (Muslim)
39. İnsan öz nəfsini islah etməklə kifayətlənə bilərmi?
İnsan həm öz nəfsini, həm də yaxınlarını islah etməlidir.
"Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır".(ət-Təhrim, 6)
"Hər biriniz hamidir və hər biriniz də himayəsində olanlar barədə sorğu-sual ediləcəkdir. Rəhbər öz rəiyyəti barədə sorğu-sual ediləcək..." (ət-Tirmizi)
40. Müsəlmanlar nə zaman qələbə çalacaqlar?
Müsəlmanlar yalnız Allahın kitabına və Peyğəmbərinin (s.ə.s) sünnəsinə əməl etdikdə qələbə çalacaqlar.
"Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın və Peyğəmbərinin dininə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər". (Muhəmməd, 7)

Ruzi ve gunah
Allah-Təala bütün mövcudatlardan ehtiyacsızıdr.Şübhəsiz ki,kim günah iş görüb zülm etsə cəhənnəmə layiqdir.Yalnız hər bir insan gərək öz gözəl əməlləri ilə Onu sevindirməli və nemətlərinə isə şükr etməlidir.O nemətlərdir ki,sayı,dəyəri,hesabı,qiyməti bilinməz və dərk edilməzdir.O gözəl nemətlər Allah-Təalanın insanlara verdiyi ruzidir.İslamda ibadət insanın həyat və fəaliyyətini bütün anlarını əhatə edir.İslam baxımında Allaha xatir görülən hər bir xeyirli iş ibadətdir.Bir gün Peyğəmbərin(s) ən yaxı səhabəsi olan Əbuzər ,Rəsulullahın yanında idi.Peyğəmbər ona buyurdu: “Ey Əbuzər!Əgər bacarsan yemək-içməyini və yatmağını da Allaha xatir et” Demək yeməkdə,içməkdə,işləməkdə,geyinməkdə də dinin qanunlarına əsasən düzgün uyğun şəkildə riayət edilməli,elm və mərifət qazanmaq üçün Allah-Təaladan kömək istənilib,Ona xatir əməl edilməlidir ki,həyatda Ona xatir olan hər bir gözəl şey ibadətdir. Peyğəmbər(s) digər bir hədisdə buyurmuşdur : “Əgər kimlər gecə yatan zaman dörd kəlməni söyləməsə ,həmin şəxs zəlalətdə olar.”Bu dörd kəlmələrdən biri də ruzi barəsindədir ki,bunu yalnız Allah-Təalaya şükr etmək vasitəsiynən söyləmək mümkündür.Həmin kəlimə belə deyilir: “Allah,Sənə şükürlər olsun kimənim ruzilərimi Sən verirsən və kimlərəsə möhtac etmirsən.” Əgər insan hər hansı bir ruzinin suyun,yeməyin,işləməyi və bu kimi digər nemətlərin istifadə etməsində böyük rolu olan Tanrıya şükrü olmazsa,həmin şəxs qiyamət günü böyük haqq-hesabata çəkiləcək.Çünki bir hədisdə var ki,bir şəxs Həzrəti Əli(ə)-ın yanına gəlib sual eyləyib soruşur:
“Ya Əli!Allah-Təala qiyamət günü bütün insanlardan necə sorğu-sual edəcək?”
Həzrət buyurdu:
“Allah-Təala insanlara bəxş etdiyi ruzilər qədər sorğu-sual edəcək.”
Demək qiyamətin daha da yaxınlaşmağının səbəbi,insanların ruzilərə qarşı israfçılığı,saymamazlığı,etinasızlığı və şükrsüzlüyüdür ki,bu gün bir çox insanlar Allahın biz insanlara verdiyi ruziləri düşünmürük.Şəhidlər şəhidinin ağası və Kərbəla soltanı İmam Hüseyn(ə) buyurur:
“Əgər kim günah etmək istəyirsə,onda Allahın ruzilərini yeməsin.”
Bu ecazkar hədisdə də göründüyü kimi hər bir şey zülmçülük,güclülük,yaxşılıq,insanlıq,elmlik və bu kimi digər şeylər yalnız Alla-Təala tərəfindən insanlara verilir.Demək bundan əlavə bizim hər bir bədən üzvümüzü yaradan Allaha şükr etməkdən savayı,ibadət edib,oruc tutub,Allahı çox yad və zikr etsək belə,onda Allahınrazılığın yalnız bir hissəsindən də az miqdarda əldə etmiş olarıq.Yəqin ki,İmam Hüseyn(ə) kimi şəxsiyyətin hədisinə bizim bir şəkk-şübhəmiz qalmaz.Çünki hər hansı bir insan hansı məkana gedir ruzi diləsə,o ruzini də Allah bəxş edəcək.
Bəs əgər belədirsə,niyə insanlar saysız-hesabsız Allah-Təalanın bəyənmədiyi günah əməlləri ilə məşğuldurlar? Əgər belədirsə niyəbiz insanlar,Allah-Təalanın verdiyi nemətlərindən faydalanırıq və sonda isə naşükürlük edirik? Niyə bəs Allah-Təalaya ibadət etməkdən boyun qaçırıb və 12 ayın içində yalnız 1 ayın yəni 30 günü olan mübarək Ramazan ayının orucunu Allaha xatir tutmuruq?
Həqiqətən bu müasir zamanda Islam dini çox acınacaqlı vəziyyətdir İslam dini insanları gözəl əxlaqa tərəf səsləndiyi üçün çox insanlar bu yoldan kənardırlar.Düşünmək lazımdırki,insana verilən ən üstün şey xoş əxlaq və xoş xasiyyətdir.Hədislərdə də var ki,gözəl əxlaq dinin yarısıdır.İslam məktəbi başqa məktəblərdən fərqli olduğu üçün,İslam məktəbində gözəl əxlaq imana əsaslanır.İnsanın əməlləri gözəl olduqcan sonsuz kəmala və kamilliyə doğru yüksəlir.Gərək insanın Allah-Təalaya qarşı məhəbbəti böyük olub və Onu haram buyurduğu işlərdən uzaq ola. Allah-Təala Qurani-Kərimdə “Bəqərə”surəsinin 165-ci ayəsində buyurur: “Iman gətirənlər Allahı daha çox sevənlərdir”
İmanlı insanlar mütləq başqalarından üstündürlər.Allah-Təala yenə Qurani-Kərimdə“Ali-Imran”surəsinin 139-cu ayəsində buyurur: “Ey iman gətirənlər!Qorxmayın və çəkinməyin,əgər imanınız həqiqi olsa mütləq başqalarından üstün olacaqsınız”
İmanlı insan daim başqalarının qayğısına qalır,camaat namazlarında din qardaşlarının çətinliklərini,problemlərini öyrənib kömək etməyə çalışır,namaz qılarkən bütün insanla üçün Allah-Təalaya dua edib və yaxud ac olarkən evində rahat şəkildə yata bilməyir,yorğun və əziyyət çəkmiş bir şəxs görərkən:Bu şəxs mənim rəbbimin xəlq etdiyi insandır və ona köməkçi olmalıyam deyə çalışıb,hər zaman səy göstərir.Bəs görəsən hər bir şəxsmi belədirmi?!-sözsüz ki,yox.Əlbətdə İslam dini hər bir insanı bu cür əxlaqi fəzilətlərə və xeyir işlərə dəvət edir.Lakin bir çox insanlar öz şəxsiyyətini başqa dünyəvi ləzzətləri ilə öz insanlığını unudub
Zəhmət buyurdunuz Ya Rəsulullah!
Bir Osmanlı zabiti şiddətli bir döyüş əsnasında vurulmuş, ağır yaralanmış, qanlar içində yerə sərilmişdir. Yanında bir neçə əsgəri varır, yaralarından qanlar fışqırmaqda, son anlarını yaşamaqdadırlar. Birdən:
-Məni ayağa qaldırın, deyər.
Əsgərlər şəhidliklə şərəflənmiş sevimli komandirlərinin bu son arzusunu yerinə yetirərlər, macalsız bədəninin qollarına girərlər və ayağa qaldırarlar.
Mübarək şəhid, batıq bir səslə Kəlimeyi şəhadət gətirər və sonra:
- Zəhmət buyurdunuz Ya Rəsulullah! deyərək son nəfəsini verər.
Hz.Musanı Dişləyən Qarışqa
Hz. Musa ə.s., kəndbəkənd, şəhərbəşəhər gəzib insanlara Allahın dinini öyrədərkən, bir gün yolu Allahın, cəza olaraq bütün camaatını yandırdığı bir kəndə düşdü və:
"Ey Rəbbim" dedi. "Bu kənddə yaşayanlar arasında uşaqlar, günahsız kəslər və heyvanlar da vardı. Yalnız günahkarları cəzalandıra biləcək ikən, belə etməyib bütün kəndi cəzalandırmısan. Sən hər şeyi doğru bildiyin kimi edənsən və sənin işlərinə də bizim ağləməz ərməz, buna olan inancım tamdır. Lakin mən maraqlandım; günahkarlarla birlikdə günahsız insanları nə üçün yandırdın?" deyərək, çox vaxt itirmədən, yoluna davam etdi.
Bir müddət sonra həm bir şeylər yemək, həm də yol yorğunluğunu bir az olsun üzərindən atmaq üçün ağacın altına oturdu. Ağacın az kənarında böyük bir qarışqa yuvası vardı. Qarışqalar dayanmadan çalışırdı. Bu qarışqalardan bir dənəsi gəlib istirahət etməkdə olan Hz. Musa əleyhissalamı dişlədi. Musa ə.s qarışqaya hirsləndi Yerdəki qurumuş odunlardan birini odla alovlandırdı, gəldi, bütün qarışqa yuvasını atəşə verdi. Bütün qarışqalar yanaraq öldü. Musa ə.s bildirən dini hökmlər arasında qarışqa yandırmaq günah deyildi.
Bunun üzərin Allah belə səsləndi:
"Ey Musa! Səni yalnız bir tək qarışqa dişləmişkən, sən bütün qarışqa yuvasını atəşə verdin. Bir qarışqa üzündən böyük qarışqa yuvasını yandırıb yox etdin, eləmi?"
Hz. Musa ə.s. səhvini başa düşüb dediI
Günahkarlarla birlikdə olanlar, özləri günahsız olsalar dahi eyni cəzaya uğrayarlar. Ancaq Allah hesab günündə onları bir-birindən ayırar, hər birinə layiq olduğu yerə göndərər
Bizlər də pis insanlarla birlikdə olmamalı, onların yaşadıqları yerlərdən kənar durmalıyıq, məcburiyyət qarşısında qalsaq onları uyğun bir dil ilə xəbərdar etməli, oradan bir an əvvəl uzaqlaşmağa çalışmalıyıq.

Kebenin sirri
Kəbə tarix boyunca qəribə təcəllilərə məzhər olmuş bir məkandır. Onun müqəddəsliyi və mərkəz rolu, ta Hz. Adəm və əvvəlinə qədər uzanar. Hz. İbrahim tərəfindən abad edilmiş, Hz.Məhəmmədin (a.s.v.) doğum yeri, bütün haqq dinlərinin mərkəzi,peyğəmbərlər üçün onu qədər bir müqəddəs bina olmadı yer üzündə.İnsanların günün iyirmi dörd saatında davamlı əlaqə halında olduğu və ziyarət etdiyi Kəbəyə bərabər başqa bir yer vardırmı yer üzündə?Mənəvi həyatımızın mərkəzində dayanan ürək kimi Kəbə də yer üzünün ürəyi olaraqmı yaradıldı? İbadətlərdə yönəldiyimiz Kəbənin mənəvi sirrindən nə qədərinə vəqfik?
Kəbə, Köhnə Dünyanın (Avropa, Asiya və Afrika) mərkəzində bir mövqedə iştirak edir və bu üç qitəyə az qala eyni uzaqlıqda var. Amma siz ən yaxşısı əlinizə bir Dünya xəritəsi götürüb, Şimal Amerikadan Avstraliyaya, Şimal-şərq Asiyadan Cənub Amerikaya doğru bir xətt çəkin və bu xəttlərin kəsişdiyi yerə baxın. Kəbənin Dünya qaralayarının mərkəzində qalan bir mövqedə yerləşdiyini görərsiniz.

Kəbə Dünyanın mərkəzində
Coğrafiyaçılar, yer üzünün hər hansı bir nöqtəsini asanlıqla tapa bilmək və ən praktik yoldan, ən doğru şəkildə göstərə bilmək üçün, Dünyanı paralel və meridian adı verilən xəttlərlə, simvolik olaraq kiçik kvadratlara bölmüşlər. Ancaq, bu xəttlərin başlanğıc nöqtələri, elmi bir təmələ deyil, farazi bir qəbula söykənirr. İngiltərədə Greenwichdən keçdiyi qəbul edilən meridian xətti 0 (sıfır) qəbul edilir. Yumru olduğu iddia edilən Dünyamızın, əslində qütblərinin basıq və ortasının qabarıq olduğu bir gerçəkdir. Bu qabarıq bölgənin, tam ortasından keçən ən böyük paralelə isə, "0" paraleli deyilməkdədir. Bu paralel, bilinən adıyla Ekvatordur. Ekvatorun da nisbi olaraq, Dünyanı tam ortadan ikiyə ayırdığı qəbul edilir.
Qütb nöqtələri, Ekvatorun meydana gətirdiyi dairənin tam mərkəzindən keçən bir oxun iki uc nöqtəsidir. Ancaq bunlar gerçək qütblər deyil; coğrafi qütblərdir. Gerçək qütblər isə maqnetik xüsusiyyətləri ilə diqqət çəkən, maqnit əqrəblərinin yönəldiyi sirrli xüsusiyyətləri ilə diqqət çəkən maqnetik şimal və cənub qütbləridir. Şimal qütbü, coğrafi qütbün təxminən 1290 km cənubunda qalar. Bu da Kanadanın şimal qərbində Ellef Ringnes adalarının sahilinə tekabül edər. Cənub qütbünə gəlincə Antarktika qitəsində, Adelie Land deyilən bir bölgədə iştirak edər.
Bir kompasa Dünyanın harandan baxsanız baxın, daim şimal istiqamətini göstərər. Əgər bu istiqaməti izləsəniz, sonunda maqnetik şimal qütbünə çatarsınız. Kompas əqrəbləri bu bölgədəki maqnetik sahənin təsirində qalaraq davamlı olaraq bura yönələr, bu yöneliş sayəsində bizlər də quruda, dənizdə və havada istiqamətimizi asanca taparıq.
Paralel və meridianların göstərdiyi qütb nöqtələri ilə kompasın göstərdiyi maqnetik qütb nöqtələri niyə bir-birindən fərqli yerlərdədir? Dünyanın ekliptik olaraq 27o 27lik ölçüyə sahib olduğunu bilərik. Dünyanın başı belə əydirilməsəydi tək bir mövsümü, məsələn həmişə yazı yaxud qışı yaşayacaqdıq. Günlər, buna görə uzanar ya da qısalar. Bu həm də, qütblərin yerini də dəyişdirmiş olar. Gerçəkdə; paralel və meridianları çəkərkən Dünyanın bu duruşu, yəni maqnitlərin davamlı yönəldiyi maqnetik qütbləri diqqətə götürsək, yeni bir Ekvator çıxar. O zaman "0" (sıfır) nömrəli ən böyük paralel olan Ekvator, bu yeni halıyla, Məkkə şəhərindən keçəcək. Bu da Kəbənin, Dünyanın ortasında olduğuı gerçəyinin başqa bir faktı sayıla bilər.
Dünyanın maqnetik şimal və cənub qütblərinə görə çəkilən yeni ekvator xəttinin, yəni Kəbədən keçən Ekvator xətti üzərində, biri Kəbəyə görə şərq, digəri isə qərbdə iki ədəd maqnetik qütblər var. Qərb qütbünü əsrarəngiz hadisələri ilə "Bermud" üçbucağı təşkil edərkən, şərqini isə Yaponiyada bir körfəz bölgəsi təşkil edər. Bu körfəz də Bermud kimi itmələri ilə məşhur olmuşdur. Kəbənin bu iki nöqtənin tam ortasında iştirak etməsi də Kəbənin yerinin xüsusi olaraq seçildiyini düşündürməkdədir.
Nurdan Dirək
İbni Abbasdan gələn hədis rəvayətində "Göylərin ən qabaqda gələni, özündə ərş olandır. Yerlərin ən qabaqda gələni də bizim üzərində olduğumuz Ərşdir" ifadəsi iştirak edər. (Sunu idi, et-Dürer əl-Mensur, VI/239) Bilindiyi kimi aləmlər yalnız bizim içində yaşadığımız fizika kainat ilə məhdud deyil. Yeddi fərqli kosmos-zamanın olduğu Quranda keçən sebə və səmavat ifadələrindən anlamaq mümkündür.
Bədiüzzaman kimi mənəviyyat böyüklərinin də ifadə etdiyi kimi qibləni, yalnız Kəbənin olduğu məkan olaraq deyil, Kəbədən Ərşə uzanan nurani bir sütun və mənəvi bir dirək olaraq düşünmək lazımdır. Bu nurdan sütun, ferş deyilən ərzimizi cənnətin də üstündə qalan və aləmin damı hökmündəki "Ərş"ə bağlar. Kəbədə hiss edilən və tənəffüs edilən tamam ayrı bir mənəviyyat və ruhi atmosferin Ərşə uzanan bu nurani sütunla əlaqəsi nədir? Dünyamızı ən üst səmaya bağlayan "göbək bağı" deyə biləcəyimiz nurdan bağın daşıdığı sirlər hələ məchulumuzdur. Davamlı qütbə yönələn maqnit kimi insan ürəyi də bu ilahi nurun davamlı çəkiliş təsiri altındamı var? İnsanların pərvanə olduqları bu ilahi nur, təfəkkür-dua-təsbeh-həmd kimi mənəvi hasilatın toplandığı və oradan Ərşə çatdırıldığı bir növ peyk misal toplama-paylama və nəql əsası funksiyasını görməkdədir? İbadətlərdə qibləyə yönəlməklə, eynilə antenalarını peykə çevirən xəbərləşmə vasitələri kimi, ürək və beyindən nəşrolunan məna dalğalarının əvvəl bu nurdan sütuna gəldiyini və oradan da ilahi dərgaha çatdığını düşünə bilərikmi?

Kəbədə rəhmət zirvəyə çıxar
Görəsən namaz kimi ibadətlərdə qibləyə yönəlməklə, o nurla əlaqəni ən üst nöqtəyəmi çıxarırıq? Elə isə, namaz əsnasında edilən hərəkətlərdə bu nurun, insanın ruhi və fiziki varlığının bütün ünsürlərinə nüfuzunun təmin edildiyi; Kəbədə təvaf edildiyində isə, yəni nurun mərkəz nöqtəsinin ətrafında dönüldüyündə, əlaqə və rezonansın ən üst səviyyəyə çıxarıldığı an olmalıdır. Bu sual və ehtimalların gerçək cavablarını mənəviyyat və həqiqət kaşiflərinə buraxaraq bu ayənin ifadə etdiyi mənaya baxaq:
"Gerçək budur ki, insanlar üçün ilk qurulan ev Məkkədə o müqəddəs və bütün insanlar üçün hidayət yeri olan Kəbədir. Burada açıq-aşkar dəlillər vardır. Ibrahimin mövqesi vardır; kim oraya girsə təhlükəsizlik içində olar." (Əl Imran, 3/96-97)
"Ona çatmağa gücü çatan kimsənin Kəbəni təvaf etməsi, Allahın insanlar üzərindəki haqqıdır" İlahi fərmanı, hər il mübarək bir zaman hissəsi içində, Beytullaha təvəccöh edib, müəyyən məkanları, xüsusi bir qisim üsullarla ziyarət etməsini fərz edər.
Oraya gedənlərin, bilaistisna hər kəsin ayrı bir atmosferi tənəffüs etmələri, orada ayrı bir iqlim və fiziki mənada ifadəsi mümkün olmayan tamam ayrı bir havanı hiss etmələri də Kəbədəki sirlərin sözlə izah edilə bilməyən lakin hiss edilə bilən təcəlliləri olmaqdadır.
Bir nüvədən yüz minlərə, milyonlara çatan sümbül və dənə alınması kimi, Allahın rəhmətinin zirvəyə çıxdığı bu məkanda qullar, yüz minlər, milyonlar savablara çatar; günahlarının sıfırlanacağı bir fürsətlə tanış olarlar. Dünyanın mərkəzinə, əslində sanki Ərşə uzanan bu nurlu səfərdə insan yeni gerçəklərlə tanış olar. Bir yaradılış nümayişinə şahid olar. Dümağ ehramlar içində kəfənləri hər cür fərqin və sinifin ortadan qalxdığı, eyni anda yenidən dirilmənin, məhşərin xatırlandığı, İslamın bilfiil yaşandığı, camaat şüuru və sirrinin ən əzm şəkildə təcəlli etdiyi bir nümayişə şahid olar. Həcc ibadətiylə, ərzin Ərşə bağlanıldığı, nurani dairənin sıx dezinfeksiya təsiriylə qullar bir-bir günahlardan təmizlənər. Allaha qulluq şüurunun yenidən qazanıldığı, əhdi peymanın yeniləndiyi bir ibadət seremonisinde qul, Allaha doğru sonsuz bir hərəkətin içinə girər.
Ulu Tanrı Hərkəsə qismət etsin.

Statistika